Ru
09:44 / 20 İyun 2020

Rusiyada "saxlanılan" azərbaycanlı bloger - Danışdı

4686
Rusiyada yaşayan məşhur azərbaycanlı bloger Hüseyn Həsənov saxlanması barədə məlumatlardan danışıb.

"Baku"post"un məlumatına görə, izləyici sayı 14 milyondan artıq olan bloger Moskvada polis tərəfindən saxlanılması barədə yayılan məlumata "İnstagram"dan cavab verib. "İndicə özüm haqqqında məlumat oxudum. Guya mən saxlanmışam. Bu xəbərləri haradan götürürsüz. Bunların hamısı yalandır".

Xatırladaq ki, blogerin saxlanması barədə Rusiya mətbuatında məlumat yayılmışdı. Bildirilir ki, bloger “Rolls Royse Cullinan” markalı avtomobilinin salonunda saxlanılıb. Həmin maşının axtarışda olduğu deyilir.
Hüseyn maşına “Lamborghini” markalı digər avtomobilinin nömrə nişanını vurub.

Bloger bir neçə gün öncə avtomobilində dövlət nömrə nişanını gizlədən qurğu quraşdırdığı üçün üç aylıq sürücülük hüququndan məhrum edilmişdi.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər