Ru
12:16 / 20 Sentyabr 2021

Rusiyada tələbə universitetə silahlı basqın etdi - Ölənlərin sayı artır - VİDEO - YENİLƏNİB

2352
Perm Dövlət Universitetinə silahlı hücumda ölənlərin sayı 8-ə çatıb.

Bakupost.az xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Rusiya İstintaq Komitəsi ali məktəbə hücum etməkdə şübhəli bilinən şəxsin saxlandığını təsdiqləyib. Komitədən bildirilib ki, həmin şəxs saxlanılan zaman silahlı müqavimət göstərib. Hüquq-mühafizə orqanlarının gördüyü cavab tədbirləri nəticəsində hücum edən şəxs yaralanıb.

***

11:42

Perm Dövlət Universitetinə silahlı hücum edən şəxs 18 yaşlı Timur Bekmansurovdur.

Bakupost.az xəbər verir ki, hüquq-mühafizə orqanları terrorçunu saxlayıb.

T.Bekmansurov ilkin ifadəsində bu hücumu uşaqlıqdan planlaşdırdığını və 10-cu sinifdən bəri bunun üçün pul yığdığını deyib. O, həmçinin hansısa radikal təşkilatın üzvü olmadığını bildirib.

***

11:29

Rusiyanın Perm Dövlət Universitetinə silahlı basqın olub.

Bakupost.az xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 4 nəfər isə yaralanıb.

Məlumata görə, silah səsləri tələbələr arasında təlaşa səbəb olub. Onlar özlərini pəncərələrdən atıblar.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər