Ru
21:01 / 29 Dekabr 2020

Rusiyadan əsgərliyə gəlib, Kəlbəcərdə döyüşən məhkəmə işçisi VİDEO

13703

Vətən Müharibəsində müxtəlif dövlət qurumlarından çox sayda könüllü döyüşçülər də iştirak etdi.


"BakuPost" bildirir ki, vətənin dar günündə sinəsini sipər edənlərdən biri də Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin əməkdaşı, Baş məsləhətçi 27 yaşlı Hadı Hüseynov olub. Müharibənin ilk günlərindən qızğın döyüşlərdə iştirak edən H.Hüseynov Daşkəsən və Kəlbəcər istiqamətində vuruşub.


Anası Kəlbəcər rayonundan, atası isə Samux rayonunun Sərkar kəndindən olan döyüşçümüz iki yaşından Rusiyada yaşayıb, orada böyüyüb. Ali məktəbi orada bitirsə də, 2014-cü ildə hərbi xidmətə getmək üçün Vətənə qayıdıb.


2016-cı ilin Aprel döyüşləri zamanı 54 gün Naxçıvan Muxtar Respublikasında çöl təlimlərində iştirak edib. 2020-ci ildə isə könüllü olaraq Qarabağda başlayan döyüşlərdə iştirak edib.


Hadının anası Aida Hüseynova deyir ki, oğlu kiçik yaşlarından Rusiyada yaşayıb. Bildirib ki, Hadı qərib ölkədə vətən sevgisi ilə böyüyüb və həmişə Qarabağ həqiqətlərinin carçısı olub.


İgid döyüşçümüz haqqında daha ətraflı məlumatı təqdim etdiyimiz videodan ala bilərsiniz:

Şərhlər
  • sevil vəkil

    Allah qorusun bütün əsgərlərimizi .Mən Hadını Gəncə şəhər Kəpəz rayon Məhkəməsində işlədiyi vaxtdan tanıyıram və onun İGİDLİYİNIə ÇOX SEVİNİRƏM.ÇÜNKU tanyıram.Demək istəyirəm ki,ALLAH QORUSUN GÖZƏL BALALARIMIZI.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər