Ru
23:17 / 12 Aprel 2021

Rusiyadan Türkiyə qadağası – “Qisas” aldı...

2062
Rusiya heç vaxt böyük dövlət olmayacaq, çünki çox cılız düşünür, çox düşük davranır. Gah pomidora qadağa qoyur, gah turistlərin qarşısını alır.

Bakupost.az xəbər verir ki, bu sözləri REAL üzvü, iqtisadçı Natiq Cəfərli Rusiyanın Türkiyə ilə aviaəlaqələri 15 apreldən 1 iyuna qədər dayandırması və turizm şirkətlərinə Türkiyəyə utrları ləğv etmək göstərişi ilə bağlı qərarını şərh edərkən bildirib.

N.Cəfərlinin sözlərinə görə, rusiyalılar Türkiyədə dincəlməyi çox sevir, uzun may bayramlarlnda 2 milyona yaxın rusiyalı Türkiyəyə getməyə hazırlaşırdı:

“Bu gün Rusiya Türkiyə ilə bütün uçuşları dayandlrdı, həftədə cəmi bir dəfə rəsmi səfərlər üçün Moskva-İstanbul reysi qalacaq.

Səbəb: Ukrayna Prezidenti Zelenskinin Türkiyəyə səfəri və görüş zamanı Prezident Ərdoğanın Krımın işğalı, Ukraynanın ərazi bütövlüyünə dəstək haqqında bəyanatı, hərbi-iqtisadi sahələrdə bağlanmış çoxsaylı müqavilələrdir.

Türkiyə "Krım Platformasına" qoşulduğunu da bəyan etdi, bu format Krımın işğalına son qoymaq, Donbası Ukraynaya qaytarmaq üçün yaradılıb”.

Ekspert maraqlı iddia ilə də çıxış edib. Bildirib ki, Türkiyə ilə Rusiyanın arasında çox yaxşı münasibətlərin olması bizə heç vaxt sərf etməyib, hər iki ölkə arasında müəyyən fikir ayrılığı, çəkişmələr olsa, bizə xeyirdir:

“Ukrayna məsələsində isə biz - Azərbaycan, bəyanatlarsız, qışqır-bağırsız imkan daxilində rəsmi Kiyevə dəstək olmalıyıq...”
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər