Ru
14:40 / 30 Noyabr 2021

Rusiyanın Ukraynaya hücum planı: “Müharibə mütləq olacaq”

7378
Amerika kəşfiyyatı avropalı müttəfiqlərinə Rusiya təhlükəsi barədə xəbərdarlıq edib. Rəsmi Vaşinqton bildirib ki, havanın temperaturu aşağı düşdükcə, Rusiyanın Ukraynaya müdaxiləsi ehtimalı artır. İddialara görə, ABŞ işğalın hava şəraitindən asılı olacağına inanır: "Qərbin müdaxiləsi olmasa, bir neçə həftə ərzində baş verə bilər"

Bəs Ukrayna ilə Rusiya arasında müharibə realdırmı?

Məsələ ilə bağlı politoloq Teymur Qasımlı Bakupost.az-a bildirib ki, Ukrayna və Rusiya arasında müharibə gec-tez olacaq, lakin bu yaxın vaxtlar üçün görsənmir:


“İngilislərin önəmli strateqlərindən biri olan Holford Mackinderin bir planı var idi ki, ingilislər Rusiyanı mühasirəyə almalıdırlar. Rusiyanı mühasirəyə almaq üçün isə yeni dövlətlər, Baltik ölkələri o cümlədən Belarusiya və Ukrayna yaradılmalı idi. Belarusiya və Ukrayna həmişə qərbə daha çox önəm verib. Sonradan bu planı ABŞ həyata keçirməyə başladı. Ona görə də Ukrayna uğrunda Rusiya ilə ABŞ hər zaman mübarizə aparıb. Son illərdə Ukraynada baş verən çevrilişlər və digər hakimiyyət dəyişiklikərindən, Vaşinqtonpərsətlər hakimiyyətə gəldikdən sonra, bu mübarizə lap daha dərinləşib. Üç-dörd gün öncə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri ABŞ-ın Rusiyadakı keçmiş səfiri Moskvaya səfərə gəlib və Patruşev ilə görüş keçirib. Orada Azərbaycanla bağlı, kibertəhlükəsizlik və ən önəmli Ukrayna məsələsi müzakirə olunub. Ukrayna məsələsində Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri deyib ki, Ukraynaya qarşı aqressiyanı artırmağı dərhal dayandırmalısız. Əgər dayandırmasanız qarşınızda bizi görəcəksiz və Ukrayna sərhədinə yığdığınız rus əsgərlərini geri çəkməlisiz. Belə bir danışıq olub.

Ukrayna ilə Rusiya arasında müharibə olmasına gəldikdə isə, Kırımın işğal olunmasında Ukraynanın o zamankı dövlət rəhbəri çox böyük səhvlər edib. Təbii ki, o zaman qərbin ikili yanaşması oldu və Ukraynanı Kırım məsələsində müdafiə edə bilmədi. Daha sonra Ukrayna məsələsində Rusiyanın dəstəyi ilə Danetsk və Luqanskda separatçılar bir dövlət yaratdılar. Həmçinin burada da qərb Ukraynaya dəstək olmadı. İndi düşünürəm ki, Ukrayna dövləti bu məsələlərdən dərs çıxararaq gördü ki, qərb onları aldadır və oyunlar oynayır. Bunun da bir neçə səbəbi var. Birincisi qərb enerji məsələlərində Rusiyadan asılıdır, ikincisi Rusiyanın qarşısına tam çıxmaq gücü və müəyyən mənada səlahiyyəti də yoxdur, ona görə də bu oyunları aparır. Ukrayna dövləti də bundan dərs aldı. Son zamanlar da Ukrayna ordusunda yeniliklər edir, islahatlar aparır, NATO-ya üzv olması üçün gedişlər edir və ən önəmli səbəb ondan ibarətdir ki, Vaşinqtonda hakimiyyətə Bayden gəlib. Bayden adminstrasiyası öz dövlət maraqlarını qorumaq şərtilə Ukraynaya var gücü ilə dəstək olur”.

Politoloq qeyd edib ki, Zelinski hakimiyyətə gəldikdən sonra söz verib Kırımı işğaldan azad edəcək və Danetsk, Luqansk separatçılardan təmizlənəcək:

“Bunun üçün də Zelinski addımlar atır. Vaşinqtonla əməkdaşlığı gücləndirir, ordusunda bir çox yenilikləri edir. Zelinski ötən gün maraqlı bir bəyanat verib ki, Ukrayna ilə Rusiya arasında hər an müharibə ehtimalı var. Eyni zamanda bir məsələni də ortaya atıb ki, dekabr ayının 1-də Ukraynada hərbi çevriliş olacaq. Düşünürəm ki, Ukraynanın müharibədən başqa çarəsi yoxdur. Bu müharibə gec-tez olacaq. Çünki öz ərazilərinin bütövlüyünü təmin etməsi üçün Danetsk və Luqansk mütləq geri qaytarılmalıdır. Lakin Kırım məsələsi bir az çətin görünür. Ancaq hələ ki müharibə olacağı ehtimalını görmürəm. Bəzi məsələlərdə silahlar açılmır. Burada pərdəarxası bir oyun gedir. Bu oyun ABŞ ilə Rusiya aparır. Eyni zamanda burada ABŞ öz maraqları, Rusiya da öz maraqlarını diqtə edir. Ukrayna öz ordusunda islahatlar aparır. Ən maraqlısı odur ki, Türkiyədən aldığı dronların idarə olunması üçün mərkəzlər tikilir. Düşünürəm ki, bu mərkəzlər hazırlanıb bitməyənə qədər müharibə ehtimalının olması hələ ki görsənmir”.

F. Söhrabqızı
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər