Rusiyanın yardımı ilə Qarabağda obyektlər təmir edildi

Qarabağda 300-dən çox okyekt bərpa olunub. Bunun Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) açıqlayıb.

Qurum bildirib ki, Rusiya FHN nümayəndələri Qarabağın "Şəhərsalma Nazirliyi" ilə birgə evlərə və sosial infrastruktura baxış keçiriblər.

Məlumatda deyilir ki, Rusiyadan humanitar yardım kimi gətirilən tikinti materialları ilə 300-dən çox obyekt təmir olunub, 450-dən çoxu isə təmir edilməkdədir./BBC