Ru
16:13 / 17 Fevral 2020

Rusiyanın yeni dollar milyarderi məlum oldu - FOTOLAR

1400

35 yaşlı biznesmen Nikolay Stronski Rusiyanın yeni dollar milyarderi olub. BakuPost-un məlumatına görə, o, “Forbes”də 199-cu yerdə qərarlaşıb.

Bildirilir ki, “Qazprom”un top-menecerinin oğlu olan Stronski əsas kapitalını “Revolut” şirkətinin hesabına toplaya bilib. Şirkətdə 30 faiz səhmə malik olan gənc 1,6 milyard dollar sərvətə sahibdir.

Qeyd olunur ki, “Revolut” 2015-ci ildə Böyük Britaniyada Nikolay Storonski və Vlad Yatsenko tərəfindən təsis edilib. O, xarici valyutada tez-tez alış-veriş edən turistlərə və xaricilərə xidmət göstərmək üzrə ixtisaslaşıb. Ödəniş zamanı valyutaları konvertasiya edərkən qənaət etməyə imkan verən xəritə və tətbiqetmə yaradılıb. Kart müxtəlif valyutadakı onlarla hesaba bağlanır və müvafiq hesabda ödənişin aparıldığı valyuta yetərli deyilsə, konversiya banklararası məzənnədəki digər hesabdan alınır. (Qafqazinfo.az)



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər