Ru
14:40 / 25 İyun 2019

Ruslarla azərbaycanlılar arasında kütləvi dava - VİDEO

2398
Rusiyada azərbaycanlılarla ruslar arasında dava olub. Bakupost-un "Report"a istinadən  məlumatına görə, hadisə iyunun 23-də Sverdlovsk vilayətinin Nijni Serqi şəhərində qeydə alınıb. Belə ki, yerli klubların birində tərəflər arasında yaşanan mübahisə sonra əlbəyaxa davaya çevrilib. Nəticədə 1979-cu il təvəllüdlü Rufulla adlı soydaşımız baş nahiyəsindən ağır zərbə alıb və hadisə yerində keçinib. Faktla əlaqədar Nijni Serqi şəhər sakini, 1975-ci il təvəllüdlü Aleksandır adlı şəxs saxlanılıb və hazırda həkim nəzarətindədir. Sosial şəbəkələrdə azərbaycanlılarla ruslar arasında kütləvi davanın olacağı haqqında məlumatlar yayıldıqdan sonra şəhərə əlavə qüvvələr gətirilib. Ancaq Kirov vilayətində Rusiya Xalqları Assambleyasının rəhbəri Elnur Hüseynov "Report"un yerli bürosuna açıqlamasında hadisənin sosial şəbəkələrdə şişirdildiyini deyərək faktın Rusiya hüquq-mühafizə orqanlarının nəzarətində olduğunu və heç bir insident yaşanmadığını vurğulayıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər