Ru
20:04 / 17 Fevral 2019

Rüstəm İbrahimbəyov Bakıdadır - FOTOLAR

3262
Tanınmış
kinorejissor, 2013-cü il prezident seçkilərində müxalifətin vahid namizədi olan Rüstəm İbrahimbəyov Bakıdadır. BakıPost-un məlumatına görə, Rüstəm
İbrahimbəyov artıq 2-3 gündür Bakıdadır. Kinorejissor bu gün Azərbaycan
Kinematorafçılar İttifaqının yığıncağına qatılıb. Günün sonunda isə verilən
ziyafətdə iştirak edib.

 

Ziyafətdən çəkilən
fotodan görünür ki, ziyafətdə Rüstəm İbrahimbəyovla yanaşı, bir sıra tanınmış şəxslər
də yer alıb. Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, tanınmış jurnalist
Qulu Məhərrəmli və digərlərinin olduğu ziyafətdə Rüstəm İbrahimbəyov sağlıq
deyir.

 

Qeyd edək ki, Rüstəm
İbrahimbəyov uzun müddətdir Rusiyada yaşayır. 2013-cü il prezident seçkilərində
Rüstəm İbrahimbəyovun Demokratik Qüvvələrin Milli Şurasının vahid namizədliyi
irəli sürülsə də, sonradan Bakıya gələ bilmədi. Həmin vaxtdan sonra isə Bakıda
olmayıb.

 



 


 


 


 

Rüstəm İbrahimbəyov Bakıdadır -  FOTOLAR
Rüstəm İbrahimbəyov Bakıdadır -  FOTOLAR
Rüstəm İbrahimbəyov Bakıdadır -  FOTOLAR
Rüstəm İbrahimbəyov Bakıdadır -  FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər