Ru
16:38 / 19 Noyabr 2021

Rüsumların artırılması süni qiymət qalxmasına səbəb olacaq - Ekspertlər

4757
Milli Məclisin İqtisadiyyat Komitəsinin sədri Tahir Mirkişili Vergilər Məcəlləsinə dəyişikliklərdən danışanda qeyd edib ki, rüsumların artırılması dövlət büdcəsinə 100 milyondan çox vəsaitin daxil olmasına imkan verəcək. Hər bir halda rüsumların artımı vətəndaşların xərclərinin artımı deməkdir.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Elşad Məmmədov bildirib ki, rüsumların artırılması əhalinin sosial rifahına mənfi təsir göstərir:



“İqtisadiyyatda pulun çəkilməsi məqsədəuyğun bir hədəf kimi nəzərdə tutula bilməz. Xüsusilə o hallarda ki, dövriyyədə onsuz da vəsait, pul kütləsi azdır və əhalinin alıcılıq qabiliyyəti aşağı səviyyədədir. İqtisadiyyata qaytarmaq məqsədilə o pul çəkilirsə, ondansa həmin vəsait iqtisadiyyatda dövriyyə etsin və əhalinin alıcılıq qabiliyyəti şəklində əhalidə qalsın.

Əlbəttə, rüsumların artırılması əhalinin sosial rifahına mənfi təsir göstərir. Ona görə də büdcəni doldurulmasını rüsum və vergilərin artırılması ilə deyil, digər vasitələrlə reallaşdırılmasının tərəfdarıyam. Nəzərə alsaq ki, Azərbaycan nefti dünya bazarında il ərzində büdcədə qoyulan qiymətdən 2 dəfəyə yaxın daha baha satılıb və satılmaqdadır, vergilərin artırılmasında bir zərurət görmürəm. Hesab edirəm ki, büdcə siyasətini sərtləşdirməklə, iqtisadiyyatda pul kütləsinin yığılması ilə iqtisadi inkişafa effektiv şəkildə nail ola bilmərik”.

İqtisadçı-ekspert Natiq Cəfərli də deyib ki, rüsumların artırılması əhalinin cibinə mənfi təsir göstərir:



“Təbii ki, rüsum artdıqca, əhalinin ödənişləri də artacaq. Ancaq ümumilikdə inflyasiya və qiymətlərə birbaşa təsir edən rüsumlar deyil. Əsasən sənədləşmə ilə bağlı rüsumlardır.

Rəsmi mövqe bundan ibarətdir ki, rüsumlar elə sahələrdə artırılır ki, tez-tez müraciət edilən sahələr deyil. Məsələn, xarici pasportun, avtomobillərin texniki pasportunun, sürücülük vəsiqələrinin, “kupçaların” dəyişdirilməsi.

Təbii ki, standart Azərbaycan ailəsinin ildə bir-iki dəfə bu xidmətlərdən istifadə etdiyini düşünsək ailə büdcəsinə əlavə yük gətirəcək

Bu gün rüsum artımı ümumi sözdür və bazarda deyirlər ki, bahalaşma gedir, rüsum artıb, biz də artırırıq. Süni qiymət artımı normal iqtisadi modeldə mümkün deyil Amma rüsumların birbaşa ərzaq qiymətlərinə təsiri yoxdur”.

Fəridə Söhrabqızı
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər