Rüşvət alan baş həkimə 8 il həbs

768
 
Lənkəran Rayonlararası Onkoloji Dispanserinin baş həkimi işləmiş Əli Əliyevin məhkəməsi bitib.
 
Bakupost.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmə görə, Ə.Əliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.                   
             
Qeyd edək ki, Ə. Əliyevə Cinayət Məcəlləsinin 311.1. (Rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də, xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması) maddəsi ilə ittiham olunur

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər