21:49 / 11 Oktyabr 2021

Saakaşvili həbsxanadan hökuməti istefa ilə hədələdi

1499
Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili qida olaraq qəbul etdiyi balı həbsxana rəhbərliyinə geri qaytarıb və hökuməti istefa ilə hədələyib.

Bakupost.az xəbər verir ki, Saakaşvili bununla bağlı həbsxanadan məktub yollayıb. O, Baş nazir İrakli Qaribaşvilinin “Saakaşvilinin həbsi hamıdan çox müxalif partiyanın hazırkı sədri Nika Meliyanı sevindirdi” sözlərinə cavab verib.

“Melia və mən gürcü xalqı ilə birlikdə sizi tezliklə ofislərinizdən qovub ölkəni azad edəcəyik”, - deyə eks-prezident məktubunda bildirib.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər