Ru
16:30 / 05 Dekabr 2021

Saakaşvili uzun müddət yanlış psixotrop dərmanlarla müalicə olunub

1644
Gürcüstanın “Empatiya” İşgəncə Qurbanları üçün Reabilitasiya Mərkəzinin ekspertləri iddia edirlər ki, ölkənin həbsdə olan eks-prezidenti Mixail Saakaşvili uzun müddət yanlış təyin edilmiş psixotrop dərmanlarla müalicə olunub.

Bakupost.az -ın xəbərinə görə, bu barədə məhkumu ziyarət edən mərkəzin həkimləri məlumat verib.

“Empatiya”nın rəhbəri həkim Mariam Cişkaraninin sözlərinə görə, mərkəz “psixotrop dərmanlardan qeyri-düzgün istifadə” məsələsilə bağlı materialları Strasburq Məhkəməsinə göndərəcək.

Qeyd edək ki, Gürcüstanın Səhiyyə və Ədliyyə Nazirlikləri hələlik bu açıqlamaya münasibət bildirməyib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər