Saakaşvilidən Zelenskiyə böyük jest

  • 20 İyl 2019 09:06
  • 495 Baxış
Saakaşvilidən Zelenskiyə böyük jest
Gürcüstanın sabiq prezidenti, eləcə də Odessa  vilayətinin eks-qubernatoru Mixail Saakaşvili "Yeni qüvvələr hərəkatı” partiyasının Ali Radaya iyulun 21-də keçiriləcək seçkilərinə qatılmayacağını elan edib.




Bu barədə Saakaşvili özünün "Facebook” səhifəsində bildirib.




Siyasətçi müraciətində seçiciləri Ukrayna prezidenti Vladimir Zelenskinin "Xalqın qulu” partiyasına səs verməyə çağırıb. O bildirib ki, dövlət başçısının partiyasına müstəqil hökumətin yaradılması üçün gərək olan faizi toplamağa kömək etmək lazımdır.




"Zelenskiyə "qoca” siyasətçilərə güzəştə getməməklə,  səs çoxluğunu toplamağa şans vermək lazımdır”, - deyə Gürcüstanın eks-prezidenti bildirib.