Sabah istehsal olunacaq yumurta bu gün satışa çıxarıldı - Araşdırma başladı

605
 
Ötən gün "OBA” marketlər şəbəkəsində üzərində sabahın tarixi - 15.03.19-cu il göstərilmiş yumurtalar satışa çıxarılıb.

Həmin yumurtalar Yasamal rayonu ərazisində yerləşən mağazaların birində satılıb.

BakuPost xəbər verir ki, bu barədə yumurtanı alan şəxs məlumat verib: "Yumurta artıq satışdadır, amma toyuq sabah yumurtlayacaq".

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırmaya başlanılıb:

"Üzərində istehsal tarixi 15.03.2019-cu il göstərilmiş yumurtalarla bağlı məlumat mediadan götürülərək araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsində qanunvericiliyin tələbləri çərşivəsində tədbirlər görüləcək. Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək”.


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər