Ru
09:43 / 22 Aprel 2019

“...sabah mütləq, oxuyacaqlar...” – Orxan Fikrətoğlunun “Tülu”su

1752


 

19 aprel 2019-ci il tarixində Orxan Fikrətoğlunun "Tülu” adlı kitab təqdimatı keçirildi.


 Orxan müəllim nəsri nəzm üslubunda yazan adamdır. Bu, hekayələrində daha qabarıq hiss olunur. "Vaxt” adlı kitabında daosizm fəlsəfəsindən sıyrılıb, "Tək” romanından bu yana daha da milliləşən köhnə azərbaycanlı Orxan Fikrətoğlu kino estetikasıyla müasir dövrün ovqatını ustalıqla nəql edir.


Zamanı qabağlayan fərd istək və nəzəriyyələrə uymayan şəxsiyyətdir!


Orxan müəllimin ideyasına xidmət edən cümlə axıcılığı, təbiətdə tox olan aslanın şikarıyla oynamasını xatırladır. Kitab təqdimatında sənətkarımızın ətrafı yazar, kino, musiqi və s. adamlarla dolu olsa da, sanki, yazdıqlarına görə narahatlıq keçirirdi. Bu bir qədər də oxucuya inanmamaqdı - "Anlayacaqlarmı?!...” 

Təbrik edənlərin içində belə bir cümlə işlədən də oldu: "Bu gün oxumasalar da, sabah oxuyacaqlar”. Və sizi əmin edirəm ki, Orxan müəllim, Siz tək deyilsiz. Var olan məmləkətimizdə o qədər daxilən zənginlər var ki, ana balasını baxışından duyduğu kimi Sizi duyur. Odur ki, yaşamağa və yaratmağa dəyər...


Orxan müəllimin əsərlərinin qəhrəmanları sanki, müxtəlif tale yaşayan bir məhəllənin adamlarıdı. Onlar zirzəmidə, Sinqapur şarına minib göy üzündə, liftdə hər yerdədirlər. Yaratdığı obrazların çoxunda insan xislətinə aid günahkarlıq var. Sanki deyir: "İnsan günah sahibidir və bu günahkarlar rahib qarşısında etiraf etsələr də, bağışlanma diləmirlər.”


Yaradıcı adam hər mənada tox olmalıdır: maddi, mənəvi və fiziki. Orxan müəllimə daim tox olmağı arzulayaraq, sağlam ömür diləyirəm... 


Ruslan Mollayev


 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər