15:34 / 10 Oktyabr 2021

Sabah yağış yağacaq

805
Oktyabrın 11-ə olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakupost.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-15° isti, gündüz 17-19° isti olacaq. Bakıda gecə 13-15° isti, gündüz 17-19° isti olacaq.

Atmosfer təzyiqi 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70% olacaq.

Tibbi-meteoroloji proqnoz

Oktyabrın 11-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında: Hava əsasən yağmursuz olacaq. Lakin bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-11° isti, gündüz 16-21° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacaq.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər