Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, ordu generalı Yaşar Böyükanıt vəfat edib.
BakuPost “Anadolu” agentliyinə istinadən xəbər verir ki, o, noyabrın 21-də səhər saatlarında 79 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, 4 gün əvvəl Y.Böyükanıtın həyat yoldaşı Filiz Böyükanıt da vəfat etmişdi.
Xatırladaq ki, Mehmet Yaşar Böyükanıt 1940-cı il sentyabrın 1-də İstanbulda anadan olub. 1959-cu uldə Ərzincan Hərbi Liseyini, 1961-ci ildə Quru Qoşunları Hərbi Məktəbini bitirib. 1986-88-ci illərdə Prezident Polku Mühafizə Komandanı olub. 1992-ci ildə general-mayor rütbəsi verilib. 2000-ci ildə ordu generalı hərbi rütbəsinə yüksəlib.
2006-cı il iyulun 31-də Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edilib. 2008-ci il avqustun 30-da təqaüdə çıxıb.
2007-ci il mayın 4-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Dolmabahçe sarayında keçirdiyi görüş müxtəlif iddialara səbəb olmuşdu. Bu gizli görüşün təfərrüatı indiyədək açıqlanmayıb.
Y.Böyükanıt ümumilikdə 47 il (1961-2008) Türkiyə ordusunda xidmət edib.