Sabiq Baş Qərargah rəisinin barəsində cinayət işi başlandı

Ermənistan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi general-polkovnik Movses Akopyana ittiham irəli sürülüb və barəsində cinayət işi başlanıb.

Bakupost.az -ın məlumatına görə, M. Akopyan bu barədə məlumatı “Sputnik Armenia”nın əməkdaşına təsdiqləyib.

Milli Təhlükəsizlik Xidməti (MTX) onun barəsində cinayət məcəlləsinin 306-cı maddəsi (dövlət sirri təşkil edən məlumatı elan etmə) ilə cinayət işi başladıb.

General MTX-da dindirildiyini də vurğulayıb. Ondan yaşayış yerini tərk etməmək barədə iltizam alınıb.

Xatırladaq ki, M. Akopyan ötən ilin noyabr ayında keçirdiyi böyük mətbuat konfransında bir sıra səs-küylü açıqlamalar verib. // APA