Ru
19:19 / 09 Noyabr 2021

Sabiq deputatın qohumu həbsxanada Röya üçün mahnı bəstələdi - ''İnsafın olsun''

5079
Sabiq millət vəkili Hüseyn Abdullayevin dayısı oğlu Tural Bayraməliyev Xalq artisti Röya Ayxan üçün mahnı bəstələyib.

Bakupost.az xəbər verir ki, bu barədə jurnalist Anar Məmmədov sosial şəbəkələrdə məlumat paylaşılıb:

“Tural həbsxanadan zəng etmişdi. Söhbət zamanı dedi ki, tanınmış müğənnilərdən Röya, Brilliant Dadaşova, Ayan, Sevinc-Sevil bacıları, Damla, Gülyaz və Gülyanaq bacıları onun mahnılarını oxuyub. Soruşdum ki, bəs niyə həbsxnada mahnı bəstələmirsən, axı ən gözəl mahnılarını orada yaza bilərsən?

Dedi ki, Röya üçün sözləri və musiqisi özünə aid olan ''İnsafın olsun'' mahnısını bəstələyib”.

A. Məmmədli paylaşımının sonunda qeyd edib:

“Röya, cəsarətin varsa get mahnını götür. Narahat olma, mənə söz verib ki, səndən pul almayacaq. Həyatı həbsxanada çürüyür, heç olmasa mahnısına nəfəs ver. İnsafın olsun...”
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər