10:02 / 15 Sentyabr 2021

Sabiq icra başçısı həbsdən buraxıldı

1894
Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov həbsdən buraxılıb.

Bakupost.az xəbər verir ki, bu barədə onun vəkili Elnur Vəliyev bildirib.

Vəkil qeyd edib ki, bir müddət əvvəl sabiq icra başçısının vəziyyəti pisləşib və o, Bakı şəhərində Mərkəzi Klinikaya yerləşdirilib.

Ötən gün isə həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət verilib.

Şəki Ağır Cinayətlər Məhkəməsi vəsatəti təmin edib və sabiq icra başçısı barədə başqa yerə getməmək barədə iltizam tədbiri seçilib.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər