Ru
15:35 / 17 İyul 2025

Sabir Rüstəmxanlının “Ömür kitabı” Sarayevoda nəşr olundu - FOTO

Sabir Rüstəmxanlının “Ömür kitabı” Sarayevoda nəşr olundu - FOTO
Eye

Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyinin təşəbbüsü ilə Xalq şairi Sabir Rüstəmxanlının ölkəmizdə və onun hüdudlarından kənarda böyük populyarlıq qazanmış “Ömür kitabı” ingilis dilində nəşr edilib.

Bakupost.az xəbər verir ki, Qərbi Balkan və Avropa oxucuları üçün nəzərdə tutulan kitab paytaxt Sarayevonun çoxprofilli şirkətlərindən birinin - “Yavori Group”un tərkibinə daxıl olan “Bookline” nəşriyyatında işıq üzü görüb.

Ölkəmizin Bosniya və Herseqovinadakı səfiri, tanınmış ədəbiyyatşünas-alim Vilayət Quliyev kitaba yazdığı kiçik müqəddimədə şair, nasir, publisit, tənqidçi və görkəmli ictimai xadim kimi şöhrət qazanmış Sabir Rüstəmxanlının zəngin ədəbi irsindən məhz bu əsərə müraciət olunmasını onun xalqımızın qədim tarixini, özünəməxsus mədəniyyətini, humanist mənəvi dəyərlərini, keçdiyi mübarizə və qəhrəmanlıq yolunu bədii-publisist dillə, atəşin qələmlə, tarixi qaynaqlar və şəxsi müşahidələr əsasında parlaq şəkildə əks etdirməsi ilə əlaqələndirib.

Səfirliyin indiyə qədər işıq üzü görən digər nəşrləri kimi xalq şairi Sabir Rüstəmxanlının kitabı da kitabxanalara, ali məktəblərə, elm mərkəzlərinə, Sarayevoda akkreditə olunan diplomatik korpus nümayəndələrinə hədiyyə ediləcək, habelə Avropa ölkələrinin mühüm kitabxanalarına göndəriləcək.

Lalə,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar