Sabirabaddakı bıçaqlanmanın təfərrüatı bilindi

  • 10 Okt 2019 23:12
  • 356 Baxış
Sabirabaddakı bıçaqlanmanın təfərrüatı bilindi
Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

BakuPost-un APA-ya istinadən məlumatına görə, Sabirabad rayonunun Qaratoğay kənd sakini, 1987-ci il təvəllüdlü Rəhimov Seyidəli Böyükağa oğlu bıçaqlanıb.

O, Şirvan şəhər xəstəxanasına yerləşdirilib və dərhal əməliyyata götürülüb.

Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı araşdırılır.

Faktla bağlı Sabirabad Rayon Polisi Şöbəsində araşdırma aparılır.