09:28 / 19 Noyabr 2021

Şagirdi güllələyən şəxs 3 dəfə məhkum olunubmuş

937
Dünən Mingəçevir şəhərində məktəblini güllələyən şəxs saxlanılıb.

Bakupost.az xəbər verir ki, DİN Mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, noyabrın 18-i axşam saat 20 radələrində Mingəçevir şəhərinin "Yeni Həyat" yaşayış massivində Ağdam rayon sakini, əvvəllər 3 dəfə məhkum olunmuş Əlvan Qasımov tapançadan 3 dəfə atəş açaraq Xocalı rayon sakini Orxan Kərimovu qətlə yetirib.

Mingəçevir şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Qasımov tutulub. Onun üzərindən cinayəti törətdiyi "Makarov" tipli tapança və 6 ədəd patron aşkar edilərək götürülüb.

Əlvan Qasımov istintaqa təhvil verilib.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər