Ru
20:22 / 19 Aprel 2019

"Şagirdin ölümü bizim üçün sarsıdıcı oldu” - Ceyhun Bayramov

2248

"Bakıda 162
məktəbdə baş vermiş hadisə və 2 gün sonra şagirdin ölümü bizim üçün sarsıdıcı
oldu”.

 

BakuPost.az-ın məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov
"ASAN" radioya müsahibəsində deyib.
 
O bidlirib ki,
bir neçə gün öncə Bakı şəhər məktəblərinin direktorları ilə iclas keçirilib:
"Hesab edirəm ki, məktəb psixoloqu, sinif rəhbərləri fənn müəllimləri fənləri
tədris etməklə yanaşı, şagirdlərin psixoloji durumundan da xəbərdar olmalıdır.
Bütün bu işlər isə valideynlərlə əlaqəli həyata keçirilməlidir. Valideyn hər
zaman sinif rəhbərləri ilə, müəllimləri ilə əlaqədə olmalıdır. Müəllim də
valideyni tanımalıdır”.

 

 
Nazir qeyd edib
ki, yüksək sosial risk faktoru olan şagirdlərə xüsusi diqqətin göstərilməsi
vacibdir: "Bütün bunların edilməsi üçü məktəb kollektivi hər bir şagirdi
tanımalıdır. Düzdür, bu, çətin prosesdir. Ancaq hesab edirik ki, valideynlərlə
sıx əlaqədə olmaqla bunları etmək mümkündür. Yaxın vaxtlarda yeni normativlər
də qüvvəyə minəcək. "Qaynar Xətt" yaradılır, "Məktəblinin
dostu" layihəsinin genişləndirilməsi aparılacaq”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər