Ru
22:34 / 04 Mart 2021

Sahibə Qafarova Türkiyəyə başsağlığı verdi

1525
Milli Məclisin sədri Sahibə Qafarova Türkiyədə baş vermiş helikopter qəzası ilə bağlı başsağlığı verib.

"BakuPost" xəbər verir ki, bu barədə Parlamentin sədri "Twitter" hesabında paylaşım edib.

"Qardaş Türkiyədə helikopterin qəzaya uğraması nəticəsində 9 övladımız şəhid olub. Bu faciədən dolayı dərin üzüntü keçirdiyimizi ifadə edir, qardaş Türk xalqına, şəhidlərimizin ailələrinə başsağlığı verir, yaralılara Allahdan şəfa diləyirəm”, - deyə S.Qafarova bildirib.

Qeyd edək ki, son məlumatlara görə, qəza nəticəsində həlak olanların sayı 10 nəfərə çatıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər