Ru
19:46 / 05 Dekabr 2021

Sahibsiz itlər kişiyə hücum edərək qulağını qoparıb

1276
Kürdəmir sakini sahibsiz itlərin hücumuna məruz qalıb.

Hadisə QarasaqqaI kəndində qeydə alınıb.

Yerli sakin, 49 yaşlı Məmmədov Qurban Əhəd oğlu kənddə gəzərkən sahibsiz itlər ona hücum edib. Heyvanlar Q.Məmmədovun sağ qulağını dişləyərək qoparıb.

Zərərçələn ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər ona quduzluq əleyhinə zərdab vurublar.

Xəstəxanadan “Report”a verilən məlumata görə, cari ildə Kürdəmirdə 300 nəfərdən çox sakin sahibsiz itlərin hücumuna məruz qalıb.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər