Ru
11:30 / 12 Oktyabr 2019

Salam Sarvan ictimai birlik yaratdı - FOTO

2598
Şair Salam Sarvan ictimai birlik təsis edib.

BakuPost.az xəbər verir ki, "Fikir" milli-mənəvi dəyərlərin təbliği ictimai birliyi artıq Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.

Birlikdən verilən məlumata görə, yaxın vaxtlarda ciddi layihələrə start veriləcək. Əsas hədəf Azərbaycanın mədəni məkanında baş verən hadisələrə dürüst, hər cür konyunkturadan uzaq münasibətin formalaşmasına təkan vermək, təbliğ ediləcək mədəni dəyərlərin seçimində ədalətə əsaslanmaqdır.

Əsas istiqamətlərdən biri də ədəbi mühitdəki, ədəbiyyat təsərrüfatındakı böyük xaosda vicdanlı təhlillər, şəffaf müsabiqələr yolu ilə aydınlıq yaratmağa çalışmaq, ictimai rəyin çaşdırılmasına imkan verməmək, layiqlilərin haqlarını önə çəkməkdir.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər