Ru
17:16 / 01 Dekabr 2021

Bugünkü aksiya ilə bağlı DİN-dən açıqlama - Yenilənib - VİDEO

6778

Bu gün – dekabrın 1-də saat 15 radələrində bir qrup şəxs Səbail rayonu ərazisindəki Fəvvarələr meydanında ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozaraq icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Bakupost.az -a bildirilib ki, cəhdin qarşısı polis əməkdaşları tərəfindən qətiyyətlə alınıb.


Qeyd olunub ki, qanunsuz aksiyanın təşkilatçıları, eləcə də polis əməkdaşlarına müqavimət göstərməyə cəhd edən bir neçə nəfər saxlanılıb, digərləri isə ərazidən uzaqlaşdırılıblar: "Saxlanılan şəxslərin hərəkətinə hüquqi qiymət verilməsi üçün müvafiq araşdırmalar aparılır".


***

16:26


Bu gün Bakıda bir qrup fəal etiraz aksiyası keçirib.


Bakupost.az xəbər verir ki, onlar saat 15:00-da "Saleh Rüstəmova azadlıq" şüarı ilə Fəvvarələr meydanına toplaşıb.
Dərhal hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Etirazlar zamanı bir qrup aksiya iştirakçıları və ictimai fəallar saxlanılıblar.

Həmin görüntüləri təqdim edirik:


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər