Ru
09:40 / 21 Yanvar 2020

Salyanda avtomobil beton maneyə çırpıldı - Xəsarət alan var

1281
Salyan rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BakuPost-un report-a istinadən xəbərinə görə, hadisə gecə saatlarında “Stansiya” adlanan yaşayış massivində qeydə alınıb.

Massivin 20 Yanvar küçəsində yaşayan sürücü, 1982-ci il təvəllüdlü Tağıyev Əşrəf İsa oğlu“QAZ-031”markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsi idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun kənarındakı beton maneyə çırpılıb. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər