Ru
23:01 / 29 Dekabr 2019

Salyanda minik avtomobili "KaMAZ"a çırpıldı

1589
Salyanda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

BakuPost-un "Report"a istinadən məlumatına görə, hadisə axşam saatlarında yeni Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Masallı rayon sakini, 1987-ci il təvəllüdlü Əzizov Vüsal Ədalət oğlu "VAZ-21015" markalı avtomobillə hərəkətdə olarkən idarə etdiyi nəqliyyat hadisəsi qarşıda gedən "KaMAZ" markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb. Nəticədə minik avtomobili aşaraq yolun kənarına düşüb. Hadisə zamanı "VAZ-21015"-in sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər