16:11 / 23 Noyabr 2021

Samir Şərifov deputatlara cavab verdi

463
“Bir çox deputatlar öz çıxışlarında təmsil etdikləri rayonlarda seçicilərin maraqlarını müdafiə etmək məqsədilə bir çox məsələlər qaldırıblar”.

Bakupost.az -ın xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən iclasında büdcə müzakirələri zamanı deyib.

Onun sözlərinə görə, deputatların qaldırdığı problemlər qeydə alınır və təhlil edilir: “Hansı məsələlər daha prioritet olursa, onların həlli təmin edilir. Qaz təchizatı ilə bağlı məsələlərə aidiyyatı dövlət qurumları münasibət bildirəcəklər. Dünya bazarlarında hazırda təbii qazın qiyməti çox yüksəkdir. Bu proseslər ölkə daxilində də öz təsirini göstərir”.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər