Ru
10:35 / 15 Noyabr 2019

Sarayda yanacaqdoldurma məntəqəsində dava: CİNAYƏT İŞİ AÇILDI

1458
Abşeronda yanacaqdoldurma məntəqəsində döyülmə faktı qeydə alınıb.

BakuPost.az-ın məlumatına görə, hadisə Saray qəsəbəsində yerləşən "Petrol 100" yanacaqdoldurma məntəqəsində baş verib.


Həmin yerdə operatorları- 1980-cı il təvəllüdlü Sahil Qurbanovla, 1992-ci il təvəllüdlü Pərviz Fərzəlizadə arasında söyüş üstündə mübahisə düşüb. Bu zaman S. Qurbanov iş yoldaşına alın nahiyyəsinə başı ilə zərbə vurub. Zərbənin nəticəsindən P. Fərzəlizadə ağır xəsarət alıb.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər