Ru
15:48 / 21 Yanvar 2021

Sarqsyan və Paşinyan dövrü: Ermənilərin ən çox itki verdiyi dönəm

1822
Ermənistanda keçmiş prezidentlər Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sarqsyan və hazırki baş nazir Nikol Paşinyanın hakimiyyətləri dövründə ölkənin cəbhədəki itkilər açıqlanıb.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, Baş Prokurorluq bununla bağlı jurnalistlərin sorğusunu cavablandırıb.

Belə ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın dövründə (1991-1998) ölkənin itkiləri 7 min civarında olub. Bildirib ki, həmin dönəmin itkiləri barədə rəsmi mənbələrdən məlumat almaq qeyri-mümkün olub və rəqəmlər təxminidir. Rəsmi məlumata görə, 1998-ci ildən 2008-ci ilədək ölkəyə rəhbərlik edən Robert Köçəryanın dövründə cəbhədə 92 nəfər erməni ölüb.

Üçüncü prezident Serj Sarqsyanın (2008-2018) dövründə Ermənistan 228 hərbçi itirib. Onlardan 86-sı 2016-cı ildəki Aprel döyüşlərinə məhv edilib. Digər illərin göstəriciləri isə R.Köçəryan dövrünün itkilərinə yaxındır.

Hazırkı baş nazir Nikol Paşinyan hakimiyyətə gələndən bəri ermənilərin hərbi itkiləri 5 mini ötüb. Bəzi ekspertlərin fikrincə, bu rəqəm 7 mindən çoxdur.

Beləliklə, Ermənistan KİV qeyd edir ki, ikinci və üçüncü prezidentləri dövründə ölkədə sabitlik və təhlükəsizlik təmin olunub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər