Saxta pul satırdı - SAXLANILDI

  • 20 İyl 2019 13:08
  • 650 Baxış
Saxta pul satırdı -  SAXLANILDI
Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsnin əməkdaşları tərəfindən saxta pul satan şəxs saxlanılıb.




Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bakupost-a verilən məlumata görə, Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 19-da rayon ərazisində Bakı şəhər sakini B. Hüseynbəyli 1 ədəd 50 manatlıq və 4 ədəd 100 manatlıq saxta əsginasları 170 manata satarkən saxlanılıb.




Araşdırma aparılır.