Ru
12:00 / 26 Fevral 2021

"Toy və yas mərasimləri ilə bağlı addımlar atılacaq" - Sədr

2206
“Azərbaycanda pandemiya ilə əlaqədar müxtəlif tədbirlər məhdudlaşdırılıb, o cümlədən məscidlər, kilsələr, digər abidələrlə əlaqədar da Operativ Qərargahın təlimatı var”.

Bakupost.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

Onun sözlərinə görə, pandemiyada yumşalma özünü göstərir, vaksinasiya sürətlə gedir: "Əgər Operativ Qərargah və xüsusi tibbi mütəxəssislər bununla əlaqədar qərarlarını versələr, bəzi məhdudiyyətlər qoyulmaqla bütün sahələrdə olduğu kimi, dini ibadət yerlərində də məhdudiyyətlər aradan qalxacaq. Bunlar bütövlükdə şəraitdən, pandemiya dövründə gedən prosesdən asılıdır. Bununla bağlı irəliləyişlər görülməkdədir. Əgər irəliləyişlər nəticə versə, həm dini ibarət yerlərində ziyarətlərin müəyyən şərtlər daxilində davam etdirilməsi, həm də toy və yas mərasimləri istiqamətində addımlar atılacaq. Bütün bunlar Operativ Qərargahın sərəncamında olan məsələlərdir. Qərargah isə bütün bu məsələləri pandemiya ilə əlaqədar yaranmış şəraiti nəzərə alaraq qəbul edir".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər