Səfayə Əhmədova 13 illik işindən ayrıldı

240
Daha bir nazirliyin mətbuat xidmətində dəyişiklik baş verib.

Bakupost Modern.az-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova işdən ayrılıb.


S.Əhmədova Modern.az-a faktı təsdiqləyib və hazırda heç bir yerdə çalışmadığını bildirib.

 

Qeyd edək ki, Səfayə Əhmədova Ucar rayonunda doğulub. Orta təhsilini Ucar rayonu 2 saylı orta məktəbində alıb. Məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji Universitetininin Filologiya fakültəsinə daxil olub. Daha sonra təhsilini İqtisad Universitetinin Maliyyə fakültəsində davam etdirib. "Ekspress” qəzetində, "Samanyolu” Televiziyasının Bakı bürosunda, BURÇ FM  və "Space” radiolarında,  "Lider Media”  Holding-də işləyib. 2006-cı ildən Səhiyyə Nazirliyini mətbuat xidmətində çalışırdı. Ailəlidir, 2 övladı var.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər