Ru
14:42 / 04 Mart 2021

Səfər Mehdiyev qəzəbli danışdı: "Bu uğuru görməyənlər kordur" - VİDEO

3181
Bu gün Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev 2020-ci ilin yekunlarına dair mətbuat konfransı keçirib.

Bakupost.az xəbər verir ki, Səfər Mehdiyev mətbuat konfransında bir sıra iqtisadçı-ekspertləri savadsızlıqda günahlandırıb, onların toplama və çıxmanı bilmədiklərini, Komitənin uğurlarını görməyənlərin kor olduğunu bildirib (videonun 43-cü dəqiqəsindən başlayaraq).

“Bunun heç bir kökü yoxdur. Heç bir hüquq-mühafizə orqanı komitədə yoxlama aparmayıb. Guya 700 milyon kəsir hesablanıb. Bu, kiminsə siyasi oyunu idi. Kimlərsə gündəmdə qalmaq istəyirdi. Biz zavod, fabrik deyilik ki, kəsirimiz olsun. Mən nəticələri təqdim etdim. Son 3 ildə gömrük orqanı dövlət büdcəsü üçün əlavə 6 milyard manat toplayıb. Bu uğuru görməyənlər kordurlar. Bəzi ekspertlər artımı devalvasiya ilə əlaqəndirirlər. Bu nəticələrin daha da yaxşı olması üçün fəaliyyət göstəririk. Nəyi yoxlayırlar? Buyurub gəlib yoxlasınlar. Biz qanunlarla işləyirik. Göstərdik ki, hansı mallar idxaldan azad edilib. Sən necə özündən 8 faiz çıxarıb hesablaya bilərsən?! Toplama-çıxma bilmirlərsə, ən az bizim differensial faizlərə baxsınlar”.

Mətbuat konfransının video görüntüsünü təqdim edirik.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər