Ru
12:46 / 04 Mart 2021

Səfər Mehdiyevdən sifariş limitinin artırılması ilə bağlı AÇIQLAMA

2397
“Xaricdən alış-veriş zamanı 300 dollar limitin artırılması ilə bağlı dəfələrlə çıxışlar edilib”.

Bakupost.az xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün keçirilən mətbuat konfransında deyib.

Komitə sədri sözlərinə belə davam edib: “Bu qərara qədərki dövrdə elektron ticarət vasitəsilə edilən sifarişlərin demək olar ki, 85 faizi 300 dollar limiti keçmir. Bu gün uzaq regiondakı rəqəmlərlə müqayisə etsək, ay ərzində 4 nəfərlik ailə 1200 dollar həcmində sifariş edə bilər. Əgər hökumət qərarda limiti dəyişərsə, bizim işimiz bunu icra etməkdir. Bu gün yeni elektron tətbiq nəticəsində məlum olur ki, vətəndaşın adına başqası məhsul sifariş edib. “Smart Customs” tətbiqi nəticəsində belə dələduzluqlar aradan qaldırılacaq. Bu gün yüksək səviyyədə xidmət qurulur. Mobil tətbiqimizin əsas özəyi problemləri aradan qaldırmaqdır. Tətbiq sayəsində vətəndaş limiti aşdığı zaman günlərlə növbə gözləməyəcək. Artıq vətəndaş sifariş verdiyi malı gömrüyə bəyan edərək, bütün proseslərə nəzarət edəcək. Bir neçə il sonra bunun əlçatanlığını vətəndaşlarımız hiss edəcək. 60-a yaxın daşınma şirkəti müraciət edib, 57-ni qeydiyyatdan keçirmişik”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər