Ru
19:12 / 02 Avqust 2020

Səfirlik erməni hücumu ilə bağlı məlumat yaydı

2474
Avqust ayının 1-dən 2-nə keçən gecə Kanadanın Toronto şəhərində yerli erməni icmasının üzvləri soyuq və odlu silahdan istifadə edərək orada yaşayan iki soydaşımıza qarşı növbəti çirkin təxribat törədiblər.

"BakuPost" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Kanadadakı Səfirliyi məlumat yayıb.

“​Bir qrup erməninin hücumuna müqavimət göstərən iki soydaşımız müxtəlif dərəcəli xəsarətlər alıblar. Soydaşlarımızın vəziyyəti hazırda stabildir, bir soydaşımız xəstəxanadadır.

​Torontoda yaşayan Azərbaycan icmasının verdiyi məlumata görə, cinayət yerinə dərhal icma üzvləri və çox sayda polis nəfərləri gəlib. Polis zərər çəkmiş şəxslərdən izahatlar alıb və icma üzvlərimizin məlumatı əsasında təxribatı törədən milliyyətcə erməni şəxslərin yeri müəyyən edilib. Fakt üzrə yerli hüquq-mühafizə orqanları tərəfindən axtarış işləri aparılır və müvafiq tədbirlər həyata keçirilir.


​Baş vermiş təxribatla bağlı icma üzvləri dərhal Səfirliyi məlumatlandırıb.

​Səfirlik Kanadanın müvafiq orqanları ilə məsələni nəzarətdə saxlayır və araşdırmanın nəticələri ilə bağlı məlumat təqdim edəcək”, - məlumatda bildirilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər