Ru
23:17 / 24 May 2019

“Şəhər ekologiyası” layihəsi uğurla davam edir - FOTOLAR

3359
Bu gün IDEA
İctimai Birliyinin "Şəhər ekologiyası” layihəsi çərçivəsində ADA
Universitetinin kampusunda mövcud olan yaşıllıq sahəsinə sincablar buraxılıb.
"Şəhər ekologiyası” layihəsi şəhər mühitinə xas olan və keçmişdə geniş yayılmış
fauna növlərinin qorunmasına və qaytarılmasına yönəlib.   Sincablar üçün
əlverişli yaşam şəraitinin olduğu kampus ərazisinə ilkin olaraq 25 sincab
buraxılıb.


 

BakuPost.az xəbər verir ki, Heydər Əliyev Fondunun
vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva
tədbirdə iştirak edib.

  Sincabların məhz
bu əraziyə buraxılmasında digər məqsəd onların şam ağaclarının çoxluq təşkil
etdiyi yeni Zooloji Parkın ərazisinə və Dədə Qorqud Parkına keçərək təbii
şəkildə çoxalmasıdır.   Məlum olduğu
kimi, vəhşi təbiətin qorunub saxlanılması üzrə çoxşaxəli səylərlə yanaşı, Leyla
Əliyevanın təşəbbüsü ilə şəhər mühitinə aid olan növlərin mühafizəsi
istiqamətində də geniş tədbirlər həyata keçirilir. Bu xüsusda, Bakıda
fəaliyyəti küçə heyvanlarının qorunmasına yönəlmiş IDEA Heyvanlara Qayğı
Mərkəzi yaradılıb, şəhərboyu pişiklər üçün xüsusi evciklər qurulur, IDEA quş
yuvaları asılır və digər bir sıra işlər aparılır. "Şəhər ekologiyası” layihəsi
Bakı və onun ətrafındakı ictimai yerlərin şəhər mühitində rahat yaşayıb çoxala
bilən heyvan və quş növləri ilə zənginləşdirilməsi, eləcə də bu növlərin
qorunub saxlanılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsini
nəzərdə tutur. Bütün bu səylərin əsas məqsədi şəhərdə yaşayan insanlarla ətraf
mühit arasında ahəngin yaradılmasından, daha sıx və daha sağlam əlaqənin
möhkəmləndirilməsindən ibarətdir.   Keçmişdə Bakı
şəhəri ərazisində çoxsaylı sincab və tutuquşular məskunlaşıb və onlar parklarda,
yaşıllıqlar mövcud olan digər ərazilərdə insanlar arasında sərbəst dolaşıb.
Lakin ötən əsrin sonlarında mövcud olan ekoloji problemlər səbəbindən bu
növlərin sayı kəskin azalmışdı. Son illər ölkədə aparılan geniş yaşıllaşdırma
və abadlaşdırma işləri, xüsusən də IDEA İctimai Birliyinin səyləri sayəsində
Bakıda qanunsuz ağac kəsilməsi hallarının azaldılması və saysız-hesabsız yeni
ağacların əkilməsi nəticəsində şəhərdə bir çox fauna növlərinin qaytarılması
üçün münbit şərait yaradılıb. Layihə çərçivəsində kampusun ərazisinə buraxılan
sincabların şam ağaclarının çoxluq təşkil etdiyi Dədə Qorqud Parkına və yeni
Zooloji Parkın ərazisinə də keçərək təbii şəkildə çoxalacaq.   IDEA İctimai
Birliyi hər kəsi şəhər mühitində yaşaya bilən fauna növlərimizin sayını bərpa
etmək prosesinə dəstək verməyə, heyvanlara qarşı qayğıkeş olmağa, onlara yeni
yaşam mühitinə adaptasiya dövründə həssaslıqla yanaşmağa çağırır.

 

“Şəhər ekologiyası” layihəsi uğurla davam edir -  FOTOLAR
“Şəhər ekologiyası” layihəsi uğurla davam edir -  FOTOLAR
“Şəhər ekologiyası” layihəsi uğurla davam edir -  FOTOLAR
“Şəhər ekologiyası” layihəsi uğurla davam edir -  FOTOLAR
“Şəhər ekologiyası” layihəsi uğurla davam edir -  FOTOLAR
“Şəhər ekologiyası” layihəsi uğurla davam edir -  FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər