Ru
14:11 / 11 Dekabr 2019

Şəhid ailəsi və müharibə əlilinə ev verildi - FOTOLAR

1255
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Lənkəran rayonunda bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlili fərdi yaşayış evləri ilə təmin olunub.

BakuPost-a nazirlikdən daxil olan məlumata görə, evlərin istifadəyə verilməsi tədbirində qeyd olunub ki, 2018-ci ildə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə nəzərdə tutulduğundan (207 mənzil) 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilib. 2019-cu ildə isə bu kateqoriyalardan olan vətəndaşlara 934 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub, onlardan artıq 515-i verilib. Qalan mənzil və fərdi evlərin də cari ilin sonuna qədər verilməsi də təmin ediləcək.
İndiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7169 mənzil və fərdi ev təqdim edilib.




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər