Şəhidimizin övladı dünyaya gəldi - FOTOLAR

Vətən müharibəsində şəhid olan Anar Qorçuyevin övladı dünyaya gəlib.


Bakupost.az xəbər verir ki, bu barədə idmançı Kamil Zeynallı sosial media hesabında paylaşım edib.

Bildirib ki, körpə xəstəxanadan şəhidimizin hərbçi yoldaşlarının iştirakı ilə çıxarılıb.

Qeyd edək ki, Sumqayıt şəhərində doğulan körpəyə atasının adı verilib. Onun zəruri xərcləri “Yaşat” Fondu tərəfindən qarşılanıb.