Ru
23:40 / 20 Oktyabr 2021

Şəhid atasının evi tamamilə yandı - VİDEO

1730
Qaxda şəhid atasının evi tamamilə yanıb.

Bakupost.az xəbər verir ki, Qafqazinfo-nun məlumatına görə, yanğın hadisəsi bu gün günorta saatlarında rayonun Qaxbaş kəndində, Heydərov Nasim Paşa oğluna məxsus evdə baş verib.

Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 120 kvadrat metr olan kürsülü ev içərisindəki əşyaları ilə birlikdə tamamilə yanıb.

Yanğın yerinə iki yanğınsöndürən maşın və şəxsi heyət cəlb olunub. Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Qeyd edək ki, Nasim Heydərovun oğlu Müslüm Heydərov vətən uğrunda şəhid olub.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər