Şəhidlə vidaya gələn 3 övladı - VİDEO - YENİLƏNİB

Ötən gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan Azərbaycan hərbçisi, çavuş Sadıqov Vüqar Lətif oğlu dəfn olunub.

Üç uşaq atası şəhid doğulduğu Ağstafa rayonu, Yuxarı Göycəli kəndində torpağa tapşırılıb.

Saat 10:53

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan Azərbaycan Milli Ordusunun giziri, Vüqar Lətif oğlu Sadıqovla vida mərasimi başlayıb.

Mərasim onun anadan olduğu Ağstafa rayonu Yuxarı Göcəli kəndindəki evində başlayıb.
Dəfn mərasimində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı, dövlət rəsmiləri, hərbçilər də iştirak edir.

Ailənin yeganə oğlu olan şəhidin 3 övladı da dəfnə qatılıb.
Mərhumun 2 qız, 1 oğlu var.

Şəhid kənd qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək, hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları - çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu şəhid olub.