Ru
13:30 / 01 Dekabr 2021

Şəhidlərlə vida mərasimi başa çatdı - YENİLƏNİB - VİDEO

3800

“Sərhədçi” İdman Kompleksində helikopter qəzasında ötən gün həlak olan hərbi qulluqçularla vida mərasimi başa çatıb.


Bakupost.az -ın xəbərinə görə, hərbi qulluqçular II Şəhidlər Xiyabanında dəfn ediləcəklər.



***

12:14


Ötən gün Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticədə həlak olan 14 hərbi qulluqçu ilə vida mərasimi başlayıb.


Bakupost.az -ın xəbərinə görə, mərasim DSX-nin “Sərhədçi” İdman Kompleksində keçirilir.


Mərasimdə dövlət rəsmiləri, mərhumların ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edirlər.



***

10:09


Dünən Xızıda helikopter qəzası zamanı şəhid olan hərbçilərlə bu gün vida mərasimi keçiriləcək.


Bakupost.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün saat 12-də Dövlət Sərhəd Xidmətinin Sərhədçi İdman Kompleksində şəhidlərlə vida mərasimi olacaq.

Yaxınlarının verdiyi məlumata görə, sonra hərbçilər İkinci Fəxri Xiyabanda dəfn olunacaq.

Şəhidlərlə vida mərasimi başa çatdı -  YENİLƏNİB - VİDEO
Şəhidlərlə vida mərasimi başa çatdı -  YENİLƏNİB - VİDEO
Şəhidlərlə vida mərasimi başa çatdı -  YENİLƏNİB - VİDEO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər