Şəkidə ev partladı

538

Şəkidə beşmərtəbəli yaşayış binasında partlayış baş verib.

BakuPost FHN-ə istinadən xəbər verir ki, hadisə binanın 3-cü mərtəbəsində ümumi sahəsi 38 m² olan 1 otaqlı mənzildə olub. Yanğın nəticəsində mənzilin yanar konsturksiyaları 25 m² sahədə və ev əşyaları qismən yanıb, yüksək temperaturdan eyvanın lambirindən ibarət tavanı 7 m² sahədə qarsalanıb.

 

Partlayış dalğasının təsirindən eyvanın pəncərə çərçivəsi dağılıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.


 

 

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər