Ru
22:56 / 25 May 2019

Şəkidə güclü külək iri gövdəli ağacı evin üzərinə aşırıb

2761
Şəkidə güclü
külək ağacı aşırıb.

 

BakuPost.az ONA-ya istinadən  xəbər verir ki, hadisə rayonun M.Ə.Rəsulzadə
küçəsi, ev 333B ünvanında qeydə alınıb. İri gövdəli ağac hasarı və yaşayış
evinin bir hissəsini dağıdıb.

 

 
 
Şəki rayon İcra
Hakimiyyəti başçısının şəhər üzrə icra nümayəndəsi Rasim Həsənov  bildirib ki, hadisə zamanı evdə adam olmayıb:
"Hadisə nəticəsində evin qaz xəttinə, elektrik xəttinə ziyan dəyib.
Hazırda Şəki şəhərində ağac aşması ilə bağlı 6-7 müraciət daxil olub, ciddi
fakt olmayıb. Kəndlərdən də güclü küləyin fəsadları, ağac aşması ilə bağlı
məlumatlar daxil olur".

 

 
  R.Həsənov
bildirib ki, hazırda "Azəriqaz" və "Azərişıq"ın
nümayəndələri ərazidədirlər və hadisənin fəsadları aradan qaldırılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər