Ru
15:54 / 12 Mart 2021

Şəmkirdə karantin biabırçılığı - VİDEO

4866

Azərbaycanda hələ də koronavirus pandemiyası hökm sürür. Bununla əlaqədar olaraq bütün ölkə üzrə karantin rejimi tətbiq olunub. Karantin qaydalarını pozaraq kütləvi şəkildə toplaşanlar, yas, toy, nişan və bu kimi digər məclislər təşkil edən şəxslər polis əməkdaşları tərəfindən cərimələnir. Karantin qaydalarının kütləvi şəkildə pozulması halı növbəti dəfə ötən gün Şəmkirdə baş verib. Belə ki, rayonda açılan “Bravo” Supermarketin açılışında çəkilən video trendə çevrilib.


Bakupost.az xəbər verir ki, çəkilən videoda marketin açılışında minlərlə adamın iştirak etdiyi görünür və orada pandemiya qaydalarına əməl edilməyib. İnsanlar arasında sosial məsafə qəti şəkildə gözlənilməyib. Aidiyyəti qurumlar məsələylə bağlı heç bir açıqlama verməyib.


Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun da qatıldığı açılış mərasimində yüzlərlə şəxs mağazanın qarşısına toplaşaraq izdiham yaradıblar. Açılış mərasimində polis əməkdaşları olsa da, onlar da toplaşanlar arasında tənzimləmə aparmırlar.

Şəmkirdə çəkilmiş sözügedən görüntüləri təqdim edirik:

Şəmkirdə karantin biabırçılığı -  VİDEO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər