18:37 / 20 Noyabr 2021

Sənay Yağmuru zorlamaqda ittiham olunan şəxs aclığa başladı

1670
17 yaşlı ictimai fəal Sənay Yağmuru (Qəhrəmanlı) zorlamaqda ittiham olunaraq həbs edilən xalası oğlu Əsgər Ağayev aclıq aksiyasına başlayıb.

Bakupost.az -ın xəbərinə görə, bu barədə “Qafqazinfo”ya onun vəkili Mehman Cəbrayılov açıqlama verib.

Vəkil bildirib ki, Əsgər Ağayev noyabrın 15-dən aclıq elan edib və yalnız su içir:

“Noyabrın 16-sı və 17-də təcridxanada görüşmüşəm. Ayın 15-dən aclıq elan edib. Rəngi saralıb, səhhəti yaxşı deyil. Bildiyiniz kimi, Əsgər Ağayev sentyabrın 10-da əməliyyat olunub və qara ciyərinin 65 faizi atasına köçürülüb. Həkim rəyinə əsasən, 2 aydan bir müayinə olunmalıdır. Təmiz yerdə qalmalı, yüksək kalorili qidalar qəbul etməlidir. Xəstə kütlə olan yerdə ola bilməz, qapalı yerdə yaşaya bilməz”.

Noyabrın 18-də Əsgər Ağayevin ev dustaqlığına buraxılması ilə bağlı Binəqədi rayon məhkəməsində vəkillərin vəsatətinə baxılıb. Məhkəmə vəsatəti təmin etməyib.

Qeyd edək ki, Sənay Yağmur oktyabrın 12-də sosial şəbəkədə açıqlama yayaraq xalası oğlu Əsgər Ağayev tərəfindən içkisinə narkotik qatıldıqdan sonra zorlandığını iddia edib. Ə.Ağayev barəsində Cinayət Məcəlləsinin 149.2.3 (zorlama) maddəsi ilə cinayət işi başlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Sənay Qəhrəmanlı siyasətçi Fuad Qəhrəmanlı və yazıçı Zümrüd Yağmurun qızıdır.

Amin Nəzərli
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər